Avtobus qəzasında xəsarət alanların səhhəti ilə bağlı Səhiyyə Nazirliyindən açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtobus qəzasında xəsarət alanların səhhəti ilə bağlı Səhiyyə Nazirliyindən açıqlama

13:10 - 07 / 12 / 2018
Avtobus qəzasında xəsarət alanların səhhəti ilə bağlı Səhiyyə Nazirliyindən açıqlama

Avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şagirdlər və onların valideynlərinin hazırkı vəziyyəti barədə Səhiyyə Nazirliyindən açıqlama verilib.

1news.az xəbər verir ki, nazirliyin məlumatına əsasən iki böyük və iki azyaşlı olmaqla dörd nəfər 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstələrin vəziyyəti normaldır, ağır travma, sınıq qeydə alınmayıb. Onların bu gün nəzarətdə saxlanıldıqdan sonra sabah evə buraxılması nəzərdə tutulur.

Məlumat verdiyimiz kimi dekabrın 7-də saat 07:45 radələrində məktəbliləri daşıyan avtobus paytaxtın Qobu qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olarkən qəzaya uğrayıb. Nəticədə avtobusda olan Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbin 2 şagirdi və 2 valideyn xəstəxanaya yerləşdirilib.

1news.az

Paylaş:
484

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər