Penitensiar xidmətin əsgəri xəsarət alıb - Silahla ehtiyatsız davranıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Penitensiar xidmətin əsgəri xəsarət alıb - Silahla ehtiyatsız davranıb

13:33 - 07 / 12 / 2018
Penitensiar xidmətin əsgəri xəsarət alıb - Silahla ehtiyatsız davranıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə həqiqi hərbi xidmət keçən əsgər Qarayev Orxan Əhəd oğlu qaravul xidmətində olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davranışı nəticəsində açılmış atəşdən xəsarət alıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az verilən məlumata görə, əsgərə ilkin zəruri tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.

Hal-hazırda əsgər O.Qarayevin vəziyyəti stabildir, həkim nəzarəti altındadır.

Faktla bağlı Bakı şəhər Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

1news.az 

Paylaş:
510

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər