“Petronas” Bakı Ali Neft Məktəbinə 2 təqaüd ayırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Petronas” Bakı Ali Neft Məktəbinə 2 təqaüd ayırdı

10:58 - 07 / 12 / 2018
“Petronas” Bakı Ali Neft Məktəbinə 2 təqaüd ayırdı

Neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən Malayziyanın “Petronas” şirkəti Bakı Ali Neft Məktəbi üçün təqaüd ayırıb.

1news.az-ın məlumatına görə, təqaüdün ayrılması şirkətin “Petronas Təhsil Sponsorluq Proqramı” çərçivəsində həyata keçirilir. “Bugünün öyrənənləri, sabahın liderləri” şüarı altında həyata keçirilən proqram “Petronas” şirkəti  tərəfindən keçirilən imtahan və xüsusi müsabiqələrdən uğurla keçən tələbələrə Malayziyada təhsil almaq şansı verir. Proqram çərçivəsində xüsusi seçilmiş tələbələr Malayziyada Petronas Texniki Universitetində təhsil alacaqlar.

Artıq BANM-ın iki tələbəsi - Proseslərin avtomatlaşdırılması mühəndisliyinin ikinci kurs  tələbələri Əli Yusifov və Elnur Şahbalayev “Petronas” şirkəti tərəfindən seçilərək təhsil almaq üçün Malayziyaya yola düşüblər. Şirkət tələbələrin təhsil haqqı, yataqxana xərclərini ödəyəcək və hər ay ehtiyyaclarını ödəmək üçün təqaüdlə təmin edəcək.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbi artıq bir neçə ildir ki, Malayziyanın “Petronas” şirkətinin Azərbaycan nümayəndəliyi ilə sıx əməkdaşlıq edir.

1news.az

Paylaş:
576

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər