Paytaxtın “Abad məhəllə”lərində idman yarışları davam edir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın “Abad məhəllə”lərində idman yarışları davam edir – FOTO

15:06 - 10 / 12 / 2018
Paytaxtın “Abad məhəllə”lərində idman yarışları davam edir – FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında paytaxt Bakı şəhərinin bütün rayonlarında “ABAD məhəllə” layihəsi çərçivəsində əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilən məhəllələrin sayı durmadan artır.

Bu məhəllələrdə sakinlərin istirahəti, eləcə də yeniyetmə və gənclərin idmana cəlb olunması üçün hər cür şərait yaradılıb, futbol, basketbol meydançaları və digər idman qurğuları quraşdırılıb.

1news.az-ın verdiyi xəbərə görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və paytaxt rayonlarının Gənclər və İdman İdarələri tərəfindən Bakı şəhərindəki yeni salınmış məhəllələrdə uşaq və yeniyetmələr arasında mini-futbol və şahmat yarışları start götürüb, bu yarışlar məhəllə sakinləri arasında böyük marağa səbəb olaraq və rəğbətlə qarşılanıb.

Bu ilin dekabr ayının əvvəlində Yasamal, Nizami, Nəsimi, Xəzər, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında başlanmış yarışlar qrafikə uyğun olaraq müxtəlif məhəllələrdə davam etdirilir. Eyni zamanda Qaradağ, Suraxanı, Səbail və Xətai rayonlarında da yarışların keçirilməsinə start verilib.

Ümumilikdə hər iki – rayon və şəhər final mərhələsi üzrə keçiriləcək mini-futbol yarışlarında 130 komanda tərkibində 1300 nəfər, şahmat yarışlarında 200 nəfər yeniyetmə (cəmi 1500 nəfər) iştirak edir.

Hazırda yarışlar davam edir.

S.Xankişiyeva

Paylaş:
669

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər