Lənkəranda 18 yaşlı ana 7 aylıq körpəsini bətnində öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda 18 yaşlı ana 7 aylıq körpəsini bətnində öldürüb

10:07 - 11 / 12 / 2018
Lənkəranda 18 yaşlı ana 7 aylıq körpəsini bətnində öldürüb

Lənkəranda ana öz körpəsini bətnində öldürüb.

Trend-in məlumatına görə, hadisə Lənkəran rayon Mərkəzi Xəstəxanasında baş verib.

Dekabrın 10-da gecə saat 01 radələrində 2000-ci il təvəllüdlü Bəşirova Xədicə Emil qızı 7 aylıq hamiləliklə xəstəxananın doğum şöbəsinə gətirilib. Qadın uşağı dünyaya gətirəndən dərhal sonra körpə ölüb.

Araşdırmalar zamanı X.Bəşirova bildirib ki, hamilə vaxtı müayinədən keçərkən dünyaya gətirəcəyi qız uşağının xəstə olduğunu bilib. Buna görə də o, uşağın ölməsi üçün dekabrın 9-da dərman qəbul edib.

Nəticədə dekabrın 10-da uşaq dünyaya gəlib və dərhal ölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

S.Xankişiyeva

 

 

Paylaş:
660

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər