Hava şəraiti dəyişir: meteoroloqlardan yağış, qar və külək xəbərdarlığı | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava şəraiti dəyişir: meteoroloqlardan yağış, qar və külək xəbərdarlığı

13:17 - 12 / 12 / 2018
Hava şəraiti dəyişir: meteoroloqlardan yağış, qar və külək xəbərdarlığı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayının 13-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi ilə arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 10-12 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 13-də arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar  yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  3-7 dərəcə  isti  təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 13-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin əsəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Babək Cahandarov

Paylaş:
725

Son xəbərlər

Leysan olacaq - XƏBƏRDARLIQ

07 / 07 / 2025, 17:00
Bütün xəbərlər