“4S” şirkəti dünyanın ən qabaqcıl “Lindsay” suvarma sistemlərini təqdim edir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“4S” şirkəti dünyanın ən qabaqcıl “Lindsay” suvarma sistemlərini təqdim edir – FOTO – VİDEO

10:00 - 13 / 12 / 2018
“4S” şirkəti dünyanın ən qabaqcıl “Lindsay” suvarma sistemlərini təqdim edir – FOTO – VİDEO

Azərbaycanın kənd təsərrüfatı sahəsində suvarma, meliorasiya ilə bağlı son illər ardıcıl və sistemli işlər görülür.

Buraya regional, eyni zamanda dövlət  investisiya proqramları çərçivəsində inşa olunan yeni su anbarları, nasos stansiyaları, suvarma kanalları və digər su təsərrüfatı obyektlərinin tikintisi daxildir. Yaradılan potensialdan tam istifadə etmək isə aqrar prioritetlərdəndir. Meliorativ tədbirlərin yaxşılaşdırılması və sudan səmərəli istifadənin təminatı üçün pivot suvarma sistemlərinin tətbiq arealı daha da genişlənməlidir.

Pivot suvarma sahəsində dünyanın ən müasir və praqmatik üsullarından birini təklif edən “Lindsay”in Azərbaycandakı rəsmi tərəfdaşı olmaqla, “4S” şirkəti ölkənin aqrar sektoruna sözügedən sahədə həll variantları təqdim etməkdə qərarlıdır. Bəs yerli kənd təsərrüfatı istehsalçıları “Lindsay” məhsullarının tətbiqi ilə nə qazanır?

Əvvəla, “Lindsay” şirkətinin fəaliyyətinin qayəsini məhsuldarlığın maksimal artırılması təşkil edir. Təklif olunan müasir texnologiyalar sayəsində hər bir fermer üçün individual və kompleks yanaşma təqdim olunur. İkincisi, “Lindsay” bütün növ suvarma sistemlərinə malikdir. Buraya fırlanan tamancalı şlanqlar, dairəvi, frontal pivot sistemləri daxildir. Nəticə etibari ilə, onlar istənilən torpaq sahəsinə uyğunlaşdırılaraq ən keyfiyyətli məhsul əldə etməyə səbəb olur.

Bundan əlavə, “Lindsay”in pivot suvarma sistemlərini tətbiq etməklə, məhsul istehsalçıları 35-40% daha az su istifadə edəcəklər və s. Qeyd edək ki, dünyada kənd təsərrüfatında istifadə olunan torpaqların yalnız 18%-i suvarılır, lakin bu torpaqlar planetdə ümumi istehsal olunan məhsulun 50%-ni verir. Ekspertlərin hesablamalarına görə, sudan düzgün istifadə etməklə Azərbaycanda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını əkin sahələrini çoxaltmadan, yəni ekstensiv deyil, intensiv üsulla inkişaf etdirərək 2-3 dəfəyədək artırmaq olar.

“Lindsay” pivot sistemləri dünyanın ən qabaqcıl suvarma sistemləridir. İndiyədək Azərbaycanın ən iri fermer təsərrüfatlarında, yeni yaradılan AqroParklarda ümumilikdə 500-ə qədər “Lindsay” pivot sistemi uğurla quraşdırılaraq istifadəyə verilib. Bu sistemlə torpaqların şoranlaşmasının qarşısı alınır, bitkilər vegetasiya dövründə optimal nəmliklə təmin edilir, nəticədə məhsuldarlıq bir neçə dəfə artır.

 “4S” şirkətinin rəsmi dilerlik etdiyi “Lindsay” suvarma sistemləri ilə bərabər, onların ehtiyat hissələrini də təsərrüfat istehsalçılarına təqdim edir. Belə ki, “Zimmatic” detallarından istifadə etməklə, suvarma sistemlərinin uzunömürlülüyünü təmin etmək mümkündür. “4S” şirkəti Lindsay şirkətinin Zimmatic sulama sistemləri ilə birgə Perrot brendi altında istehsal olunan fırlanan tamancalı şlanqlarını, “Growsmart” idarəetmə panellərini, “Fieldnet” brendi altında istehsal olunan məsafədən idarəetmə sistemini də təmsil edir.

Xatırladaq ki, “Lindsay”in Azərbaycandakı rəsmi tərəfdaşı olan “4S” şirkəti 2017-ci ilin oktyabrında təsis edilib. Hazırda “4S” müştərilərinə dünyanın aqrar sahədə aparıcı məhsullarını təqdim edən alman brendləri CLAAS, LEMKEN və AMAZONE şirkətlərinin də rəsmi tərəfdaşıdır.

4S MMC-nin ünvanı: AZ1023, Azərbaycan, Salyan şossesi 14, Səbail dairəsi. Call-center: *3131. [email protected]; www.ssss.az

Reklam hüququnda

Paylaş:
3909

Son xəbərlər

Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20
Bütün xəbərlər