Hava ilə əlaqədar bu yollarda sürət həddi endirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava ilə əlaqədar bu yollarda sürət həddi endirilib

11:03 - 18 / 12 / 2018
Hava ilə əlaqədar bu yollarda sürət həddi endirilib

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında deyilir.

"Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", BNA-nın açıqlamasında bildirilir.

1news.az

Paylaş:
332

Son xəbərlər

Bütün xəbərlər