Bakıda qadın xəstə uşağını marketdə atıb qaçdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın xəstə uşağını marketdə atıb qaçdı

10:00 - 19 / 12 / 2018
Bakıda qadın xəstə uşağını marketdə atıb qaçdı

“Xəzər” televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan “Səni axtarıram” verilişinə müraciət edən Kənan adlı şəxs həyat yoldaşının evdən qaçdığını bildirib.

1news.az-ın ölkə.az-a istinadla verdiyi xəbərə görə, araşdırma nəticəsində Vəfa Nəcəfova adlı qadının əqli çatışmazlığı olan övladını marketdə ataraq qaçdığı məlum olub.

Ata X.Hidayətqızından övladının anadan alınaraq rəsmən ona verilməsi üçün yardım istəyib. Aparıcı isə bildirib ki, uşağın rəsmən ataya verilməsinə və qadının aliment ödəməsi üçün yardımçı olacağını açıqlayıb.

S.Xankişiyeva

 

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər