“Alaş Orda. Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti” toplusu təqdim edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Alaş Orda. Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti” toplusu təqdim edilib - FOTO

11:19 - 21 / 12 / 2018
“Alaş Orda. Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti” toplusu təqdim edilib - FOTO

Qazaxıstanın Azərbaycandakı səfirliyində Azərbaycan dilində nəşr edilmiş “Alaş Orda: Qazax dövlətçiliyinin təşəkkülü tarixində əhəmiyyəti” elmi məqalələr toplusunun təqdimat mərasimi olub.

1news.az xəbər verir ki, tədbir zamanı, həmçinin qazax dilində Hüseyn Cavidin şeirlərindən ibarət kitabın təqdimatı olub.

Mərasimində Qazaxıstanın Bakıdakı səfiri Beybit İsabayev, Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru, akademik Qalimkair Mutanov, Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, AMEA-nın rəhbər şəxsləri, tarixçilər, filoloqlar və digər şəxslər iştirak ediblər.

Qazaxıstanın Bakıdakı səfiri Beybit İsabayev çıxışında iştirakçılara Alaş Orda barədə ətraflı  məlumat verib. Bildirib ki, “Alaş” partiyası qazax xalqının öz müqəddəratını həll etmək və milli dövlətçilik, dil, milli mədəniyyət və ənənələrin qorunması ideyalarını müdafiə edən məsləkdaşları özündə birləşdirirdi. "Alaş"ın hədəfləri qazax xalqının azad və müstəqil dövlət qurması arzusuna arxalanırdı.

Səfir deyib ki, Prezident Nursultan Nazarbayev, "Böyük Çölün yeddi tərəfi" adlı son proqram xarakterli məqaləsində "Böyük çölün Böyük adları" park-ensiklopediyasının yaradılması təşəbbüsünü irəli sürüb, burada açıq səmada görkəmli tarixi şəxsiyyətlərin və onların nailiyyətlərinin şərəfinə heykəltəraşlıq abidələri təqdim ediləcək. Əminəm ki, Alaş Orda liderləri bu parkda layiqli yer tutacaq.

Qazaxıstanda 100 illik yubileyinin 2017-ci ildə qeyd edildiyi Alaş Orda ilə bu il Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinin keçirilməsi arasında paralel aparan diplomat vurğulayıb ki, bu tarixi dövrlər iki ölkənin xalqlarının dövlətçiliyininin tarixində xüsusi bir yer tutur.

Hüseyn Cavidin şeirləridən ibarət topludan danışan B.İsbayev bildirib ki, bu kitabqazax dilində latın əlifbasında dərc olunan ilk nəşrlərdən biridir.

Onun fikrincə, bu şeirlər toplusu azərbaycanlı oxucular arasında xaricdə qazax dilinin yeni əlifbasının sınaqdan keçirilməsinə imkan verəcək, eləcə də Nazarvbayevin "Böyük Çölün yeddi tərəfi " məqaləsində təşəbbüskarı olduğu ümumtürk əsərlərinin onlayn kitabxanasına daxil ediləcək.

Filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva isə Hüseyn Cavidin yaradıcılığı haqqında danışıb, onun türkçülük ideyasına verdiyi töhfələrdən söz açıb.

Tədbir çərçivəsində Fərabi adına Qazaxıstan Milli Universeti ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

P.Sultanova

 

Paylaş:
801

Son xəbərlər

Bütün xəbərlər