İnşaat sektorunda keyfiyyətli armaturların əhəmiyyəti – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İnşaat sektorunda keyfiyyətli armaturların əhəmiyyəti – FOTO

16:00 - 24 / 12 / 2018
İnşaat sektorunda keyfiyyətli armaturların əhəmiyyəti – FOTO

“Kristal Abşeron”un son zamanlar inşaat sektorunda istifadə olunan armaturun keyfiyyəti ilə bağlı yazılan xəbərlərlə əlaqədar araşdırmanın nəticələri təqdim edilib.

Araşdırmada xüsusi ilə qeyd  edilən PAŞA İnşaatın sifarişi ilə podratçı şirkətlərin inşa etməkdə olduğu qaçqın və məcburi köçkün ailələri üçün nəzərdə tutulan “Qobu Park” və “Pirallahı” yaşayış komplekslərinin inşasında istifadə edilən armatur materialının keyfiyyətinin yoxlanılması ilə başlanıb. Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən layihələrdə istifadə üçün 2017-2018-ci illər üzrə Rusiya Federasiyasına məxsus Novokuznetsk şəhərindəki “Evraz” və Çelyabinsk şəhərindəki “Meçel” metallurgiya zavodlarından 12300 ton A-500 markalı armatur idxal edilib. Bununla yanaşı qeyd edilən illər ərzində layihələri icra edən podratçı şirkətlər “Baku Steel Company” MMC-dən 3690 ton armatur materialı alışı etmişdir.

Alınmış materialların keyfiyyəti və standartlara uyğunluğunun yoxlanılması məqsədilə FHN-in müvafiq qurumları tərəfindən müxtəlif tarixlərdə material nümunələri götürülərək S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyasında yoxlanılıb və laboratoriya nəticələri podratçı şirkətlərə təqdim edilib. Bu tip yoxlamanın sonuncusu 12.12.2018-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aparılıb, nəticələri isə 18.12.2018-ci il tarixindən podratçı şirkətə təqdim edilib. (Laboratoriya yoxlama nəticələri araşdırmaya əlavə edilir).

S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyanın təqdim etdiyi nəticələrə baxılıb, məlum olub ki, qeyd edilən layihələrdə istifadə edilən armatur materialları tələb edilən qayda və normalara tam uyğundur, inşaat zamanı heç bir əlavə ölkənin və ya sexlərin keyfiyyətsiz və tələblərə cavab verməyən materiallarından istifadə edilməyib.

Reklam hüququnda

Paylaş:
785

Son xəbərlər

Bütün xəbərlər