Taksi sürücüsü qadını döyərək 680 manatını alıb – BAKIDA | 1news.az | Xəbərlər
Cəmiyyət

Taksi sürücüsü qadını döyərək 680 manatını alıb – BAKIDA

16:31 - 24 / 12 / 2018
Taksi sürücüsü qadını döyərək 680 manatını alıb – BAKIDA

Bakıda taksi sürücüsündən qadına qarşı cinayət törədilib.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, dekabrın 22-də saat 3 radələrində Abşeron rayon sakini olan bir qadın "28 Mall” ticarət mərkəzinin qarşısında "Opel” markalı avtomobilə sərnişin qismində əyləşərək Xocəsən qəsəbəsi ərazisinə gedəcəyini bildirib.

Sürücü onu aldadaraq Sabunçu qəsəbəsi ərazisinə aparıb, avtomobildə döyərək 680 manatını alıb.

Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini Fərhad Əliyev saxlanılıb.

S.Xankişiyeva

 

Paylaş:
591

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər