Bakının bu ərazilərində su olmayacaq

Bu gün Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə 1news.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Məlumata görə, Bakı şəhəri Xətai rayonu ərazisində yeni çəkilmiş magistral su kəmərindən şəbəkələrə birləşmələrin verilməsi ilə əlaqədar 24 dekabr tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə (Seyid Əzim Şirvani, Qaçaq Nəbi, Neapol, General Şıxlinski, Sarayevo, Məzahir Rüstəmov, Məhəmməd Hadi, Cavanşir küçələri və s.) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
1news.az
252