İlham Əliyev doğum gününü belə qeyd etdi - FOTO

Məlum olduğu kimi, dünən Prezidenti İlham Əliyevin 57 yaşı tamam olub.
1news.az-ın məlumatına görə, dövlət başçısının qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva prezidentin doğum günündən çəkilən fotoları öz “Instagram” hesabında paylaşıb.
“Səmimi təbriklərə görə hamıya dərin təşəkkürümü bildirirəm! Qoy Tanrı bütün ataları, eləcə də, mənim atamı, dünyanın ən yaxşı Prezidenti olan bizim Prezidentimizi qorusun”, - L.Əliyeva fotolara şərhdə yazıb.
Qeyd edək ki, Prezident İlham Əliyev bir qayda olaraq doğum gününü sadə şəkildə, ailəsi ilə birgə qeyd edir.
1news.az
2861