“Üçüncü Bahar” “Ən fəal maliyyə savadlığı dəstəkçisi” adını aldı | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Üçüncü Bahar” “Ən fəal maliyyə savadlığı dəstəkçisi” adını aldı

10:03 - 26 / 12 / 2018
“Üçüncü Bahar” “Ən fəal maliyyə savadlığı dəstəkçisi” adını aldı

Dekabrın 19-da Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Bankçılıq Mükafatları-2018” tədbiri keçirilib.

1news.az-ın məlumatına görə, ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən ekspert qruplarının rəhbərləri və digər dəvətlilər iştirak edib.

Nominasiya üzrə qaliblər sırasında “Üçüncü Bahar” təşəbbüs qrupu da olub. Belə ki, “Üçüncü Bahar” “Ən fəal maliyyə savadlığı dəstəkçisi” nominasiyası üzrə mükafatlandırılıb.

Layihənin əsas istiqamətlərindən biri, təqaüdçülər arasında maliyyə savadlığının artırılmasıdır. Aparılan silsilə təlim-tədris proqramları çərçivəsində təqaüdçülərə pos terminallardan, pensiya kartlarından, onlayn ödənişlərdən, nağdsız hesablaşmalardan istifadə qaydaları təşviq edilir. Layihə çərçivəsində nəinki paytaxtda, həmçinin ölkənin beş regionunda təlim proqramları keçirilib.

Qeyd edək ki, bu “Üçüncü Bahar”ın ilk mükafatıdır. Təşəbbüs qrupu 2017-ci ildən fəaliyyət göstərir. Maliyyə savadlığı və digər mövzulu tədbirlərə qoşulmaq üçün təqaüdçülər layihənin YAŞA mərkəzinə müraciət edə bilərlər.

1news.az

Paylaş:
1313

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər