Bayram günlərinin hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərinin hava proqnozu açıqlanıb

15:26 - 28 / 12 / 2018
Bayram günlərinin hava proqnozu açıqlanıb

Bayram günlərinə - 2018-ci il dekabrın 31-nə və 2019-cu il yanvarın 1-nə olan ilkin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, dekabrın 31-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu gündüz 7-10, 31-dən yanvarın 1-nə keçən gecə 2 dərəcəyə yaxın isti olacaq.

Yanvarın 1-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

1news.az

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər