Azərbaycanda “Toyota xəyallarımdakı avtomobil” adlı beynəlxalq uşaq müsabiqəsinin qalibləri açıqlandı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda “Toyota xəyallarımdakı avtomobil” adlı beynəlxalq uşaq müsabiqəsinin qalibləri açıqlandı – FOTO

10:00 - 28 / 12 / 2018
Azərbaycanda “Toyota xəyallarımdakı avtomobil” adlı beynəlxalq uşaq müsabiqəsinin qalibləri açıqlandı – FOTO

Azərbaycanda keçirilən “Toyota xəyallarımdakı avtomobil” adlı beynəlxalq uşaq müsabiqəsi noyabrın 1-dən start götürüb.

Tədbir Magma PR&Events-in təşkilatçılığı ilə baş tutub. Yaradıcılıq müsabiqəsinin ilkin mərhələsində ölkənin istənilən nöqtəsindən, yaşı 15-ə qədər olan bütün uşaqlar xəyallarında təsəvvür etdikləri gələcəyin avtomobil konseptini çəkərək Toyota Abşeron Mərkəzinə göndəriblər.

Bir ay ərzində 100-ə yaxın rəsm qəbul edildi. İlkin mərhələdə rəssam Vüqar Muradov və psixoloq Şərafət Şirinli tərəfindən 55 rəsm əsəri seçildi. Daha sonra münsiflər heyəti tərəfindən hər yaş qrupundan 3 nəfər, ümumilikdə isə 9 nəfər qalib seçildi.

Seçilən 55 rəsm müəllifi valideynləri ilə birlikdə 22 dekabr Toyota Abşeron Mərkəzində keçirilən final tədbirində iştirak etdilər. Uşaqlar üçün təşkil edilən əyləncəli tədbirdə bir-birindən maraqlı oyunlar, rəqslər və Tesla şou göstərildi. İştirakçıların hər birinə diplom və hədiyyələr verildi.

Qalib müəlliflərə gəldikdə isə onlar xüsusi hədiyyə və sertifikatlarla təltif olundular.

Qaliblər:

8 Yaşdan aşağı

I: Sevda Xəlilova

II: Məryəm Feyzullayeva

III: Mehdi İsmayılzadə

 

8-11 Yaş

I: Ayan İbrahimova

II: Ziba Aydınova

III: Zemfira Əhmədxanova

 

12-15 Yaş

I: Nigar Rəhimova

II: Elmira Mahmudova

III: Nailə Əliyeva

Müsabiqənin ikinci mərhələsində hər üç yaş kateqoriyası üzrə birinci yer sahiblərinin rəsmləri dünyanın 80-dən çox ölkəsinin iştirak etdiyi beynəlxalq yarışmaya göndəriləcək. Dünyanın bir çox ölkəsindən Yaponiyaya göndərilən rəsmlər içərisində ən bacarıqlı gənc istedad seçilərək təntənəli mükafatlandırmaya dəvət ediləcək.

Reklam hüququnda

Paylaş:
1347

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər