1news.az

2019-cu ildə itirdiyimiz məşhurlar

11 Dekabr saat 17:20 ~ 1 dəqiqəlik oxu 3180
2019-cu ildə itirdiyimiz məşhurlar

2019-cu il sənət aləmində bəziləri toylarla, boşanmalarla gündəmə gəlib. Eyni zamanda bu il itirdiyimiz sənət adamları da olub.

1news.az axşam.az-a istinadən 2019-cu ildə dünyasını dəyişən sənət nümayəndələrinin siyahısını təqdim edir:

Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.

Aktrisa Məleykə Ağazadə aprel ayında dünyasını dəyişib. O, "Ulduz" filmindəki "Nazik" obrazı ilə tamaşaçılara tanış idi.

Əməkdar artist Nağəddin Məmmədov 2019-cu ildə itirdiklərimiz sırasında olub. Gəncə Dövlət Kukla Teatrının aktyoru 52 yaşında dünyasını dəyişib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova bu ilin iyulunda vəfat edib.

Azərbaycanın Xalq rəssamı Tahir Tahirov da 2019-cu ildə vəfat edib.

2019-cu ildə  Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyev vəfat edib.

Azərbaycan boyakarı, Xalq rəssamı Altay Hacıyev bu il dünyasını dəyişib.

Meyxanaçı Aydın Xırdalanlı bu ilin martında uzun xəstəlikdən sonra ölüb.

Aparıcı Ceyran Nəriman 2019-cu ilin yanvarında vəfat edib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net