Erməni zabit narkotik satarkən yaxalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni zabit narkotik satarkən yaxalanıb

15:48 - 01 / 01 / 2019
Erməni zabit narkotik satarkən yaxalanıb

Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində hərbi qulluqçuların narkotik qəbul etdiyi məlum olub.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, tank əleyhinə taborun taqım komandiri Abraham Maroxyan narkotik maddəni başqa bir zabitə satarkən yaxalanıb.

Araşdırma zamanı məlum olub ki, A.Maroxyan özü də uzun müddətdir narkotik maddə aludəçisidir.

Faktla bağlı cinayət işi açılıb və zabitin tərxis olunması barədə vəsatət qaldırılıb.

1news.az

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər