Bakıda azyaşlı qızın valideynləri axtarılır – FOTO – VİDEO

Bakının Nizami rayonunda təxminən 3 yaşı olan qız uşağı tapılıb.
1news.az-ın məlumatına görə, Nizami Rayon Polis İdarəsinə gətirilən qızcığaz nə adını deyə bilib. Nə də valideynləri, yaxınları barədə bir məlumat verə bilib. Lakin pis danışsa da ata və anasının olduğunu öyrənmək mümkün olub.
Hazırda 6 saylı uşaq evində olan qıza lazımi qulluq göstərilir.
Onun valideynlərini tanıyan şəxslərdən Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə və yaxud 421-02-02 nömrəsinə zəng vurmaqla Nizami Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
1news.az
750