"Şahdağ"da Türkiyə vətəndaşı ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

"Şahdağ"da Türkiyə vətəndaşı ölüb

13:26 - 03 / 01 / 2019
"Şahdağ"da Türkiyə vətəndaşı ölüb

Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb.

1news.az trend-ə istinadla xəbər verir ki, hadisə Qusar rayonu ərazisindəki "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki hoteldə qeydə alınıb.

1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Gök Mehmet Reşid oğlu urək-damar xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər