Azərbaycan Beynəlxalq Bankı “American Express”lə yenidən eksklüziv əməkdaşlıq müqaviləsi imzaladı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankı “American Express”lə yenidən eksklüziv əməkdaşlıq müqaviləsi imzaladı

12:45 - 03 / 01 / 2019
Azərbaycan Beynəlxalq Bankı “American Express”lə yenidən eksklüziv əməkdaşlıq müqaviləsi imzaladı

Bundan sonra da Azərbaycanda “American Express” kartı əldə etmək istəyən müştərilər bu istəklərini yalnız Azərbaycan Beynəlxalq Bankı ilə reallaşdıra biləcəklər. 

Belə ki, Azərbaycan Beynəlxalq Bankı dünyanın ən nüfuzlu bankları ilə əməkdaşlıq edən “American Express” beynəlxalq kart təşkilatı ilə 6 il müddətinə yeni eksklüziv tərəfdaşlıq müqaviləsi imzalayıb.

İndiyə qədər ölkəmizdə bu ödəniş sisteminin ilk və yeganə tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı ilə “American Express”in tərəfdaşlıq münasibətləri 2007-ci ildən davam edir. Həmin il bank “American Express” kartlarına ekvayrinq xidməti göstərməyə başlayıb. Bir il sonra isə Azərbaycan Beynəlxalq Bankı eksklüziv olaraq “American Express” Green, “American Express” Gold, 2010-cu ildən isə “American Express” Platinum kartlarını öz dəyərli müştərilərinə təqdim edib. Hazırda bankın xidmət şəbəkəsinə daxil olan bütün ATM və POS terminallarda və eyni zamanda Bankla ekvayrinq üzrə sponsorluq razılaşması mövcud olan digər yerli bankların POS terminal şəbəkəsində “American Express” kartlarından istifadə etmək olar.

Yeni eksklüziv tərəfdaşlıq müqaviləsinin imzalanması münasibətilə Azərbaycan Beynəlxalq Bankı xüsusi kampaniya keçirəcək. 2019-cu ilin 11 yanvar - 31 yanvar tarixlərində istənilən şəxs valyutasına uyğun olaraq kart hesablarına 100 manat və ya 100 ABŞ dolları vəsait yerləşdirməklə 1 illik debet rejimli “American Express Green” kartlarını pulsuz əldə edə biləcək. Bundan əlavə, həmin kartı əldə edən müştərilərə “Mastercard Standard” kartı hədiyyə olaraq təqdim ediləcək. Kampaniyanın üstünlükləri bununla da tamamlanmır. Belə ki, kampaniya çərçivəsində sözügedən kartı əldə edən müştərilər avtomatik olaraq Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi “Qayğıkeş” klubunun üzvünə çevriləcəklər.

“American Express” 1850-ci ildən çoxfunksiyalı ödəniş kartları təklif edən ilk qlobal markadır. Dünyanın 159-dan çox ölkəsində şirkətin 146 tərəfdaşı var. 1000-dən çox adda kart çeşidi təklif edən şirkət hazırda 35 milyondan çox aktiv karta malikdir.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ən çox beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın “American Express” kartları da daxil olmaqla təklif etdiyi bir çox plastik kart çeşidlərini buradan onlayn sifariş vermək olar: https://www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

 

Paylaş:
688

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər