Ombudsman Aparatı: Mehman Hüseynov qida qəbul edir, sağlamlıq durumu normaldır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman Aparatı: Mehman Hüseynov qida qəbul edir, sağlamlıq durumu normaldır

13:55 - 07 / 01 / 2019
Ombudsman Aparatı: Mehman Hüseynov qida qəbul edir, sağlamlıq durumu normaldır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına başçəkmə həyata keçiriblər.

1news.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə zamanı saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı həmin müəssisədə saxlanılan təqsirləndirilən şəxslər fərdi qaydada qəbul olunmuş, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri araşdırılıb.

MPQ-nin rəhbəri və həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bu müəssisədə saxlanılan Mehman Hüseynov da konfidensial qaydada qəbul olunub, müraciəti dinlənilib, qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb.

Müşahidə nəticəsində məlum olub ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır.

Başçəkmə çərçivəsində M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciəti baxılması üçün Baş Prokurorluğa göndərilib.

Mövzu ilə bağlı:

Mehman Hüseynov leytenanta xəsarət yetirib, onun barəsində yeni cinayət işi açılıb – RƏSMİ

Penitensiar Xidmət: Mehman Hüseynov aclıq aksiyasını dayandırması barədə akta imza atıb

1news.az

Paylaş:
708

Son xəbərlər

ASCO-nun sayca beşinci Dayanıqlı inkişaf haqqında hesabatı dərc olunub16 / 11 / 2024, 22:436 gündür Bakıda COP29 həyəcanı davam edir - FOTOREPORTAJ16 / 11 / 2024, 20:13“Qanlıgöl” sututarında təmir-bərpa işləri aparılıb16 / 11 / 2024, 18:07“Barselona” prezidenti Bakıda16 / 11 / 2024, 17:42Biləsuvar sakini Qubadlıda hündürlükdən yıxılaraq ölüb16 / 11 / 2024, 17:20Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilir16 / 11 / 2024, 17:00İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib16 / 11 / 2024, 16:39COP29 ilə Qlobal iqlim diplomatiyası: “Yaşıl enerji” dialoqları16 / 11 / 2024, 16:21İçərişəhərdə uşaqların COP29-a həsr etdikləri ““Planet ilə söhbət” sərgisinin açılışı olub - FOTO16 / 11 / 2024, 16:07Kəmaləddin Heydərov İnam Heydər Maliklə görüşdü16 / 11 / 2024, 15:55ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla! - FOTO16 / 11 / 2024, 15:37Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşüb16 / 11 / 2024, 15:1420 yaşlı qadın körpəsini itirdi16 / 11 / 2024, 14:55“Brilyant əl” filminin məşhur aktrisası vəfat edib16 / 11 / 2024, 14:29COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib - FOTO16 / 11 / 2024, 14:12BDU-nun dosenti Feyruz Həsənov vəfat edib16 / 11 / 2024, 13:49Türkiyədə zəlzələ olub16 / 11 / 2024, 13:34Anar Məmmədov Samuxda vətəndaş qəbulunda16 / 11 / 2024, 13:20Tərtərdə polis əməkdaşı vəfat edib16 / 11 / 2024, 12:51Qar yağacaq - Sabahın hava proqnozu16 / 11 / 2024, 12:35
Bütün xəbərlər