Nərmin yenidən məhkəməyə verildi: dövlətə xəyanət və casusluq maddəsi ilə | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərmin yenidən məhkəməyə verildi: dövlətə xəyanət və casusluq maddəsi ilə

14:42 - 09 / 01 / 2019
Nərmin yenidən məhkəməyə verildi: dövlətə xəyanət və casusluq maddəsi ilə

Tanınmış idmançı Araz Musayev psixoloq Nərmin Şahmarzadəni yenidən məhkəməyə verib.

Bu haqda azxeber.com-a idmançı özü bildirib. O deyib ki, məhkəmə 22 yanvar saat 15:00-a təyin olunub.

İdmançı iddia ərizəsində Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etdiyini və buna görə cəzalanmasını istəyib.

Araz Musayev Nərmin haqda Cinayət Məcəlləsinin 147 və 148 (təhqir, böhtan) maddələri ilə cinayət işinin başlanılması istəyib.

Bundan əlavə 283-cü maddə (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 274-cü maddə (dövlətə xəyanət) və 276-cı maddə (Casusluq) ilə də cəzalanması ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Prosesə Xətai Rayon Məhkəməsində baxılacaq.

Nərmin Şahmarzadə üzr istədi – VİDEO

S.Xankişiyeva

 

Paylaş:
512

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər