Bakıda güclü partlayış: üç nəfər həyatını itirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda güclü partlayış: üç nəfər həyatını itirdi

09:36 - 09 / 01 / 2019
Bakıda güclü partlayış: üç nəfər həyatını itirdi

Bu gün səhər saatlarında Bakıda güclü partlayış olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda ümumi sahəsi 72 m² olan birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.

Partlayış dalğasının təsirindən evin çöl divarı  bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış “Tofaş” markalı avtomobilin üzərinə aşıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb.

Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.

Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1news.az

Paylaş:
604

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər