Aeroportda qadının cinsiyyət orqanından qızıl-zinət əşyaları çıxdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Aeroportda qadının cinsiyyət orqanından qızıl-zinət əşyaları çıxdı – FOTO

10:53 - 09 / 01 / 2019
Aeroportda qadının cinsiyyət orqanından qızıl-zinət əşyaları çıxdı – FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatlarının qanunsuz yolla ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar.

1news.az-ın verdiyi xəbərə görə, Bakı-Moskva aviareysilə gedən Rusiya Federasiyasının vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.

Xanım vətəndaş 1-ci terminalın A zonasında quraşdırılmış rentgen aparatından keçən zaman monitorda şübhəli əşyaların təsvirləri əks olunduğuna görə saxlanılıb.

Yoxlamadan öncə, həmin şəxsə gömrük nəzarətinə təqdim edilməyən malların könüllü olaraq təqdim edilməsi təklif olunub və o, içərisində 5 ədəd boyunbağı olan kiçik kisəni qarın nahiyəsindən çıxararaq gömrük əməkdaşına təqdim edib. Bundan sonra sərnişinin üzəri təkrar cihazla yoxlanılıb və sərnişinin daxili orqanından 2 ədəd kiçik həcmli kisələr müəyyən edilib. Həmin kisələrə ayrı-ayrılıqda baxış keçirilərkən qızıldan hazırlanmış zərgərlik məmulatları - 5 ədəd boyunbağı, 5 ədəd üzük-sırğa cütü dəsti, 1 ədəd kulon-üzük-sırğa cütü dəsti, 4 cüt sırğa və 1 ədəd üzük aşkar edilib.

S.Xankişiyeva

 

Paylaş:
2095

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər