Hirkan meşələrində yaşayan bəbirin yeni FOTOsu | 1news.az | Xəbərlər
Cəmiyyət

Hirkan meşələrində yaşayan bəbirin yeni FOTOsu

13:16 - 11 / 01 / 2019
Hirkan meşələrində yaşayan bəbirin yeni FOTOsu

Hirkan Milli Parkının ərazisində yaşayan bəbirin yeni fotosu qeydə alınıb.

1news.az-ın məlumatına görə, bəbirin fotoşəklini Dünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi – “WWF Azərbaycan” rəsmi Facebook səhifəsində paylaşıb.

Şəkildə gənc bəbirin olduğu aydın görünür. 

Xatırladaq ki, bir neçə il əvvəl Cənubi Afrika Respublikasında yaşayan fotoqraf və rejissor Adrian Steirn bu bəbirlərin sorağı ilə Hirkan Milli Parkına gəlib. Bəbirlərin yaşadığı yerləri tədqiq etmək və bəbirlərin özlərini çəkmək istəyində olan Steirnə və "National Geographic Wild" telekanalının ölkəmizə gələn çəkiliş heyətinə isə, Astaranın Siyov kənd sakini Babaxan Rəhmanov bələdçilik edib. Beləcə, Babaxanın köməkliyi ilə "Avropanın son bəbiri" adlı sənədli film ərsəyə gəlib.

Qeyd edək ki, Ümumdünya Təbiəti Mühafizə İttifaqının (İUCN) “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş bəbirin keçmiş arealı çox geniş olsa da, keçən əsrin 60-cı illərinədək  ümumiyyətlə bəbirlərin ölkə ərazisində yaşadığını sübuta yetirən ciddi faktlar əldə olunmayıb. Hazırda isə bu növ yalnız Talış dağlarında, Zəngəzur, Qarabağ və Naxçıvanın dağlıq ərazilərində müşahidə olunur.

Hazırda Hirkan Milli Parkının ərazisində qeydə alınan bəbirlərin şəkilləri bu növün Milli Park ərazisində davamlı olaraq yaşadığını bir daha sübuta yetirir.

1news.az

Paylaş:
886

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər