Rəfiqə Hüseynzadə: SOCAR ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi önəm verir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rəfiqə Hüseynzadə: SOCAR ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi önəm verir – FOTO

14:49 - 11 / 01 / 2019
Rəfiqə Hüseynzadə: SOCAR ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi önəm verir – FOTO

Qlobal istiləşmə və iqlim dəyişmələri bu gün bütün bəşəriyyəti narahat edən problemlərdəndir. Bu kimi məsələlərin həllində SOCAR ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə yanvarın 11-də Fransa Respublikasının paytaxtı Paris şəhərində BP, ENİ, Equinor, ExxonMobil, Shell, Total və Wintershall şirkətlərinin təşəbbüsü ilə keçirilən “Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər” adlı tədbirdə bildirib.

Rəfiqə Hüseynzadə SOCAR-ın bu təşəbbüsə qoşulduğunu tədbirdə rəsmi şəkildə bəyan edib.

SOCAR 2008-ci ildən Dünya Bankının GGFR (“Global Gas Flaring Reduction”) Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq Təşkilatının Rəhbər Komitəsinin üzvüdür. Həyata keçirilən layihələr əsasında 20 ildən artıq müddətdə il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən hazırlanan bu layihələrə Dünya Bankının Ekspert Şurası tərəfindən iki dəfə ali mükafat təqdim edilib.

Bu gün Avropa ölkələri istehlak etdiyi bütün məhsulların ekoloji təmiz mənbədən olmasına ciddi önəm verir. Neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur.

S.Xankişiyeva

Paylaş:
661

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər