Bakıda çay evində qan töküldü — VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çay evində qan töküldü — VİDEO

10:09 - 11 / 01 / 2019
Bakıda çay evində qan töküldü — VİDEO

Gecə saatlarında paytaxtın Binəqədi rayonunun Mir Cəlal küçəsində bıçaqlanma hadisəsi baş verib.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, 1975-ci il təvəllüdlü Abdulkərimov Elşən Həsən oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə, həmin ərazidə olan çay evlərinin birində baş verib. 

Yaralı təcili olaraq 1 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb. E.Abdulkərimova qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstənin vəziyyəti hazırda orta-ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
666

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər