Sumqayıtda ər hamilə arvadına dəhşətli işgəncə verdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda ər hamilə arvadına dəhşətli işgəncə verdi

11:14 - 11 / 01 / 2019
Sumqayıtda ər hamilə arvadına dəhşətli işgəncə verdi

Sumqayıtda hamilə qadın əri tərəfindən möhkəm döyülüb.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, kirayədə yaşayan, Arzu Hüseynova əri 28 yaşlı Fuad Hüseynov tərəfindən möhkəm döyülüb. Daha sonra kişi qadının əl və qol nahiyələrini şüşə parçası ilə kəsib. Qadın aldığı xəsarətlərdən huşunu itirib. Hadisəni törədən ər evdən xanımına məxsus qızılları da götürərək qaçıb. 

Hadisə yerinə dərhal Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları cəlb edilib. 

Zərərçəkmiş Arzu Hüseynovanın ərizəsi qəbul edilib və ona ekspertiza təyin edilib.

Qeyd edək ki, A.Hüseynova 5 aylıq hamilədir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
676

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər