Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

17:43 - 15 / 01 / 2019
Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək

Yanvarın 26-27-də Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən 1news.az-a bildiriblər ki, konfransın əsas məqsədi arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır.

Konfransda Almaniya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan olan elm adamları öz təcrübələrini yerli arıçılarla bölüşəcəklər.

Beynəlxalq tədbirdə müvafiq dövlət orqanlarının, ictimai birliklərin nümayəndələri və iş adamları iştirak edəcəklər.

1news.az

Paylaş:
773

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər