Ekspert: Bu islahatlar büdcədən maliyyələşdirmədə effektliyi artırmaq üçün olduqca zəruridir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ekspert: Bu islahatlar büdcədən maliyyələşdirmədə effektliyi artırmaq üçün olduqca zəruridir

11:05 - 16 / 01 / 2019
Ekspert: Bu islahatlar büdcədən maliyyələşdirmədə effektliyi artırmaq üçün olduqca zəruridir

Azərbaycanda həyata keçirilən struktur islahatları dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq, dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi daşıyır.

Bu fikirləri 1news.az-a iqtisadçı ekspert Pərviz Heydərov Prezident İlham Əliyevin Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında yanvarın 14-də imzaladığı fərmanı şərh edərkən bildirib.

Ekspert xatırladıb ki, Prezident İlham Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  struktur islahatının gözlənildiyini  anons  etmişdir.

“Ölkəmizdə bu islahatlar müəyyən vaxtlardan bir aparılıb və aparılır. Sadəcə olaraq, bir komplekslilik olmayıb. İndi məhz buna ehtiyac var. Hələ 2015-2016-cı illərdəki böhran bunu tələb edirdi. Belə ki, qeyd olunan illərdə neftin qiymətinin dünya bazarlarında düşməsiylə büdcə xərclərimizdə aşkar və birbaşa olmasa da, təhlükə yarandı. Niyə? Çünki, bizdə idarəetmə strukturlarının hər birinin özü "şişkin" vəziyyətdə olmaqla yanaşı, bunların sayı da çoxdur. Ona görə də mərhələli olaraq bu sahədə kəmiyyət dəyişiklikləri, islahatı aparılmalıdır.

Prezident də iclasda bildirdi ki, indi idarəetmədə struktur köhnəlib, yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü...”, - deyə, P.Heydərov əlavə edib.

Onun sözlərinə görə, dövlət başçısının fərmanı ilə bir sıra büdcə qurumlarının ləğv olunmasını struktur islahatlarının növbəti dalğası kimi qiymətləndirmək olar:

“Sözügedən dalğanın daha hansı qurumları "vuracağı" bəlli deyil. Ancaq bu, davam etdirilməlidir. Düzdür, struktur islahatları, müəyyən bir qrup vətəndaşın işsiz qalması ilə nəticələnir. Lakin potensiallı kadrların tezliklə digər qurumlarda iş tapacaqları şübhə doğurmur. Struktur islahatları olduqca vacib tədbirdir. Ümumiyyətlə, bütün sahələrdə və istiqamətlər üzrə idarəçilikdə paralelçilikdən, formallıqdan və mürəkkəblikdən qurtulmaq lazımdır. Bu, dövlət büdcəsindən maliyyələşdirmədə effektliyi və səmərəliliyi artırmaq - genişləndirmək üçün olduqca zəruri sayılır”.

Ekspert xatərladıb ki, ölkədə 800 min dövlət büdcəsi işçisi var. 1 milyondan cəmi 200 min nəfər aşağı. Bu, olduqca böyük rəqəmdir. Onların bir hissəsi özəl sektorda çalışsa yaxşıdır. Onlara verilən maliyyə hesabına isə yerdə qalan büdcə işçilərinin maaşlarını artırmaq olar.

“Ümumiyyətlə, iqtisadiyyatı idarəetmə mexanizmi və aparatı nə qədər yığcam olsa, bir o qədər az məsrəfli və keyfiyyətli olar. İqtisadiyyatı idarəetmədə səmərəlilik birinci növbədə xərclərin həcmində büruzə verir. Effektiv idarəçilik az məsrəflə yüksək çevikliyi ehtiva edir. Bu mənada dövlət başçısının son fərmanı bunu nisbətən təmin edəcək.

Tam uğurlu nəticə əldə etmək və məqsədə çatmaq üçün bu siyasət davam etdirilməlidir və etdiriləcək”, deyə, ekspert fikirlərini yekunlaşdırıb.

1news.az

 

Paylaş:
549

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər