Masallı sakinindən külli miqdarda narkotik vasitə götürüldü | 1news.az | Xəbərlər
İqtisadiyyat

Masallı sakinindən külli miqdarda narkotik vasitə götürüldü

15:06 - 17 / 01 / 2019
Masallı sakinindən külli miqdarda narkotik vasitə götürüldü

Masallı rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Ağabalayevin yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 2,6 kiloqramdan çox tiryək, həmçinin heroin və yüksək təsiredici xüsusiyyətə malik olan metadon, tramadol və metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

1news.az

Paylaş:
853

Son xəbərlər

Bütün xəbərlər