“Pegasus” martdan Ankara-Bakı reyslərinə başlayır | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Pegasus” martdan Ankara-Bakı reyslərinə başlayır

16:17 - 17 / 01 / 2019
“Pegasus” martdan Ankara-Bakı reyslərinə başlayır

Türkiyənin “Pegasus” aviaşirkəti mart ayından etibarən Ankara-Bakı istiqamətində reyslərə başlayır.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, uçuşlar martın 15-dək həftədə 4 dəfə, ayın ortasından etibarən isə həftənin hər günü həyata keçiriləcək.

Ankara-Bakı aviareysi üzrə biletin qiyməti 89,99 dollar olacaq.

1news.az

Paylaş:
628

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər