ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə səfirlikdən AÇIQLAMA – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə səfirlikdən AÇIQLAMA – FOTO

10:55 - 17 / 01 / 2019
ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə səfirlikdən AÇIQLAMA – FOTO

ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində qətlə yetirilən Azərbaycan vətəndaşı Elçin Rəsul oğlu Xəlilovun cənazəsi qısa müddətdə Vətənə göndəriləcək.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Azərbaycanın ABŞ-dakı Səfirliyi faktla bağlı bildirib ki,  Şimali Karolina ştatının Şarlot-Meklenburq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları davam etdirilir. Cinayət işi həmin polis departamentinin müstəntiqləri C.Dadli və B.Personun icraatındadır:

"Mərhumun yaxın qohumları ilə əlaqə saxlanılaraq baş vermiş hadisə barədə onlara məlumat verilib. Hazırda cənazənin qısa müddət ərzində Azərbaycana göndərilməsi istiqamətində iş aparırıq. Sənədləşmə işlərinin bu gün yekunlaşması gözlənilir və cənazə Şarlot şəhərindən Nyu York şəhərinə, oradan da Vətənə göndəriləcək".

Səfirlikdən bildirilib ki, baş vermiş hadisə nəzarətdədir, istintaqın gedişatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanvarın 14-də yerli vaxtla saat 11 radələrində Şarlot şəhərində telefon təmiri və satışı ilə məşğul olan həmyerlimiz 17.06.1989-cu il təvəllüdlü E.Xəlilov mağazaya naməlum şəxslərin silahlı basqını nəticəsində həlak olub.

E.Xəlilov basqın edilən "Fixer Electronic Repair" mağazasının sahibidir. O, Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.

ABŞ-da azərbaycanlı iş adamı güllələnib – VİDEO

S.Xankişiyeva

 

 

Paylaş:
923

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər