Kəskin hava şəraiti səbəbindən 5 nəfər xəsarət alıb – RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəskin hava şəraiti səbəbindən 5 nəfər xəsarət alıb – RƏSMİ

10:58 - 18 / 01 / 2019
Kəskin hava şəraiti səbəbindən 5 nəfər xəsarət alıb – RƏSMİ

Azərbaycanda ötən gün hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təcili tibbi yardıma 5 müraciət daxil olub.

1news.az xəbər verir ki, bunu Report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildiriblər. 

Müraciət edənlərin dördünə yerindəcə yardım göstərilərək evə buraxılıb.

Nazirlikdən qeyd olunub ki, xəstəxanada yalnız bir nəfərin müalicəsi davam edir: "Həmin şəxs bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onun həyatı təhlükəsi yoxdur".

Xatırladaq ki, ötən gün güclü külək nəticəsində "Binə" Ticarət Mərkəzində reklam lövhəsi yerindən qoparaq yaxınlıqdan keçən kişinin üstünə aşıb.

1news.az

Paylaş:
510

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər