İmişlidə 3 uşaq anası intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə 3 uşaq anası intihar edib

14:32 - 21 / 01 / 2019
İmişlidə 3 uşaq anası intihar edib

İmişli rayonunda 3 uşaq anası intihar edib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, rayon sakini, 1992-ci il təvəllüdlü Nərmin Mansur qızı Quliyeva yaşadığı evin həyətindəki yarımçıq tikilidə özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım stansıyasının briqadası cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə yerləşdirilib.

İyirmi altı yaşlı qadının hansı səbəbdən intihar etməsi məlum deyil, onun 3 uşaq anası olduğu bildirilir.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

S.Xankişiyeva

 

Paylaş:
523

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər