Bakıda dəhşətli qəza: maşın ikiyə bölündü, sürücü öldü - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dəhşətli qəza: maşın ikiyə bölündü, sürücü öldü - VİDEO

10:04 - 23 / 01 / 2019
Bakıda dəhşətli qəza: maşın ikiyə bölündü, sürücü öldü - VİDEO

Ötən gecə Bakının Beynəlxalq Hava Limanı yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, “Daewoo Gentra” markalı, 10 PU 395 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirib.

O, yüksək sürətlə getdiyindən iki yolu ayıran dəmir arakəsməyə çırpılıb və maşın iki hissəyə ayrılıb.

Sürücü hadisə yerində həyatını itirib. Avtomobildə olan 1994-cü il təvəllüdlü Əhməd Gülməmməd oğlu isə ağır bədən xəsarətləri alıb.

O, dərhal Sabunçu Rayon 3 saylı şəhər kilinik xəstəxanasına yerləşdirilib. Yaralıya qapalı kəllə-beyin travması, baş beyin əziyi diaqnozu qoyulub. 

Qeyd edək ki, qəzaya uğrayan avtomobildə olanların toydan qayıtdığı bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
1541

Son xəbərlər

Bütün xəbərlər