Magistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb

16:25 - 25 / 01 / 2019
Magistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb

2018-2019-cu tədris ili üçün ali məktəblərin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun vaxtı məlum olub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, sənəd qəbulu fevralın 1-də başlayacaq.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da keçiriləcək. Fevralın 3-də isə magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı olacaq.

S.Xankişiyeva

 

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər