Göz sağlamlığı üzrə ən yeni texnoloji Femto Saniyə Lazer artıq Dünyagöz Bakıda – FOTO – VİDEO

2017-ci ildən bəri azərbaycanlıların göz xəstəliklərinin həllini tapan Dünyagöz daha bir yeniliyə imza ataraq, Femto Saniye Lazer cihazını Azərbaycan xalqının xidmətinə verib.
Göz sağlamlığı üzrə ən yeni texnoloji Femto Saniyə Lazer cihazı vasitəsilə həkim Şeref Ögretmenoğlu tərəfindən xüsusi olaraq aparılan əməliyyat və nəticələr mətbuat işçilərinin iştirakı ilə həyata keçirildi.
Göz sağlamlığı və texnologiyası sahəsində dünyanın referans mərkəzləri arasında birinci yer tutan Dünyagöz Xəstəxanalar Qrupunun 2017-ci ildə xidmətə verdiyi Dünyagöz daha bir yeniliyə də imza atdı. Gözdə ən sıx rast gəlinən rahatsızlıqlardan biri kataraktın bıçaqsız və demək olar ki, heç bir qüsursuz müalicə olunmasını təmin edən Femto Saniyə Lazer texnologiyasını Azərbaycan xalqının xidmətinə verdi. Yanvarın 23-də Dünyagöz xəstəxanasında mətbuat işçiləri ilə təqdimat görüşü həyata keçirilib. Həyata keçirilən görüşdə Dünyagöz Bakının təcrübəli həkimi Op.Dr.Şeref Öğretmenoğlu, Femto Saniyə Lazer cihazının özəlliklərindən, risk ehtimallarını minimuma endirib xəstəyə verdiyi etibardan danışıb.
Göz sağlamlığındakı ən yeni texnologiya olan Femto Saniye Lazer texnologiyasının katarakta əməliyyatlarındakı qüsur faizini minimuma endirdiyini bildirən həkim Op.Dr.Şeref Öğretmenoğlu deyib:
“Gözün içindəki təbii büllurun öz şəffaflığını itirməsi ilə gözdə katarakta yaranır. Kataraktanın tək müalicəsi isə təbii büllurun yeni büllurla dəyişdirilməsidir. Yeni texnologiyalarla birlikdə bu müalicə üsulları da çox təkmilləşdirilib. Bıçaqsız-Lazerlə katarakta əməliyyatı kimi tanınan Femto Saniyə Lazer onlardan biri və ən yenisidir. Bu texnologiya ilə katarakta əməliyyatı zamanı həkim əli ilə edilən bir çox proseslər cihaz tərəfindən həyata keçirilir və demək olar ki, qüsursuzdur. Əməliyyat ümumilikdə 30 saniyə içində həyata keçirilir. Xüsusi katarakta əməliyyatları içində gözün içinə yerləşdirilən 3 fokuslu obyektivlər sayəsində kataraktanın bəzən yaxın, uzaq və astiqmat kimi refraksiya qüsurları da bir dəfəyə aradan qaldırılır”.
Femto Saniye Lazer texnologiyasının Azərbaycan xalqına da xidmət göstərdiyinə görə öz məmnuniyyətini dilə gətirən həkim Öğretmenoğlu “Göz xəstəlikləri sahəsində xəstələrə eyni yanaşmanın vacibdir. Dünyagöz Bakı xəstəxanamızın həyata keçirdiyi bu yeniliyin Azərbaycan xalqı üçün vacib bir xidmət olduğunu düşünürəm” – deyərək, sözlərini tamamladı.
Qeyd edək ki, Dunyagöz klinikası göz sağlamlığı və texnologiyası sahəsində dünyanın referans mərkəzləri arasında birinci yer tutan Dünyagöz Xəstəxanalar Qrupuna daxildir.
Dünyagöz Xəstəxanalar şəbəkəsinin Bakı filialı Səbail rayonu, Bayıl qəsəbəsi, Mikayıl Hüseynov 39 ünvanında Dövlət Bayraq Meydanı yaxınlığında yerləşir.
Əlaqə: (012) 404-44-69
Reklam hüququnda