Huawei smartfonlarında süni intellekt: Bu nə üçün lazımdır? – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Huawei smartfonlarında süni intellekt: Bu nə üçün lazımdır? – FOTO

14:30 - 28 / 01 / 2019
Huawei smartfonlarında süni intellekt: Bu nə üçün lazımdır? – FOTO

Süni intellekt ümumilikdə 2018-ci ilin, bəlkə də, ən çox istifadə edilən söz birləşməsidir. Artıq bu ifadə nəinki futuroloqların nitqində, həmçinin yeni smartfonlara həsr olunan press-relizlərdə də istifadə edilir. Süni intellekt sahəsində Huawei şirkəti xüsusilə irəli gedib.

Bu məqalədə süni intellekt tarixinin dərinliklərinə varmayacaq, müasir neyrodaşıyıcı mənbələri araşdırmayacaq və bunun iş prinsiplərini izah edilməyəcək. Bu barədə son illər o qədər danışılıb və yazılıb ki, təkrarçılığa yol vermək istəmirik. Hələ 2016-cı ildə "Prisma" və "How-old" kimi xidmətlərin çıxması ilə elə bir istiqamət yarandı ki, tezliklə hər kəs oyandı.

Bugünkü günümüzdə maşın öyrənməsi (ML -Machine Learning) təkcə, məsələn, AlphaGo kimi məşhur proqramda istifadə edilmir. Yeri gəlmişkən, iki il əvvəl "Go" oyununda bu intellekt insanı udub. Halbuki əvvəllər belə hal oyunun əsasən intuitiv təbiəti səbəbindən qeyri-mümkün hesab edilirdi. Həqiqətən də, elə keyfiyyətli neyroprotezlər yaradılır ki, insan düşüncə gücünü süni intellektlə idarə edə və süni gözlərlə ilk təcrübəsini yaşaya bilir. Bu kimi texnologiyalar sadə istehlakçı avadanlıqlarına da qoşulur - bütün səs operatoru platformalarında maşın öyrənməsindən, təlimindən istifadə edilir ki, birbaşa istifadəçiyə istiqamətlənmək mümkün olsun. Həmçinin ixtisaslaşmış platformalara (məsələn, "Yandeks. Stansiyalar", Google ağıllı səs gücləndiriciləri, yaxud "Huawei AI Cube"), smartfonlara əlavə edilmiş səs idarəetmə vasitələrinə də qoşulur: "Alisa" adı verilmiş virtual səs operatorundan tutmuş "Huawei"in ən yeni işlərinə qədər – hələ ki təkcə Çin bazarına çıxarılan, lakin ağlı ilə yaddaşlarda iz qoyan "YoYo" adlı məhsul.

Yaxın dövrlərə qədər smartfonlarda neyroşəbəkə əməliyyatlarının olmamağı məsələsi heç qaldırılmırdı. Təkcə virtual səs operatorları, bulud texnologiyaları ilə daimi məlumat mübadiləsi barədə nitqlər olurdu və elə bu qədər. 2017-ci ilin sentyabrında "HiSilicon Kirin 970" aparat platformasının meydana gəlməsi ilə vəziyyət dəyişdi. Bu, məhz maşın öyrənməsi ilə iş üçün nəzərdə tutulan və neyron prosessor modulu ilə hazırlanan ilk platforma idi. Smartfon prosessorundan söhbət gedərkən tamamilə başqa həcmlərdə məlumat emalını həyata keçirən stasionar kompüter və serverlərin gücündən danışmağa gərək yoxdur. Smartfonlar işlənib hazırlanmış xüsusi struktur sayəsində neyroşəbəkələrdəki əməliyyatlar üçün tələb olunan çoxsaylı paralel eynitipli tapşırıqların icrasına imkan verir.

Stasionar sistemlərdə bu tapşırıqlar, bir qayda olaraq, qrafik platalara həvalə edilir. Bu işin smartfonda görülməsi üçün isə ya qrafik prosessor modulunu yükləmək (bununla da onu digər tapşırıqlardan yayındırmaqla həddən artıq yükləmək), ya da məlumatları davamlı şəkildə buluda göndərmək lazım gələrdi. Bu isə eyni anda və fasiləsiz şəkildə İnternet şəbəkəsinə qoşulu qalmağı, habelə bu işlə məşğul olan şirkətə tam etimad göstəməyi tələb edir. Yenə də şəxsi məlumatları göndərmək lazım gələrdi.

Deməli, neyroşəbəkə əməliyyatları üçün ayrıca prosessorun olmağı (bunu həmçinin süni intellekti sürətləndirən vasitə də adlandırırlar) öz qurğularında bu texnologiyadan aktiv şəkildə istifadə edən şirkətlər üçün əla bir çıxış yoludur. Gözlənildiyi kimi, "Huawei"dən dərhal sonra digər rəqiblər də iş başına keçdi.

İstehsalçının sözlərinə görə, "HiSilicon Kirin 980"də neyron prosessor modulu 226% effektiv oldu. Bəs hazırda smartfonlarda gizlədilən süni intellekt fəaliyyəti hansı məsələlərin həllinə yönləndirilib?

"Huawei Mate 20 Pro"da neyron prosessor modulunun bir neçə fəaliyyət istiqamətləri vardır.

Ən vacibi, əlbəttə ki, kameradır. Hələ ötən il Huawei smartfonları kadrdakı ən fərqli səhnələri tanımağı və onlar arasından ayarlara ən uyğun gələni seçməyi öyrənmişdir. Bu il isə həmin səhnələrin sayı artdığına görə (25 çəkiliş kateqoriyasından 1500 ssenari) bir neçə səhnənin eyni kadrda birləşdirilməsi imkanı da yarandı. Eyni zamanda, həmin ssenari əsasında şəkillərin adaptasiya keyfiyyəti də artırıldı.

Süni intellekt həm də fokuslama prosesində də fəal iştirak edir - obyektlərin hərəkətini proqnozlaşdırmağa çalışır, hətta dinamik səhnələrdə belə qətiyyətlə həmin obyektlərə fokuslanır və videoçəkilişlər zamanı özünü konkret büruzə verir. Videoçəkiliş zamanı "Huawei Mate 20 Pro"nun kamerası, smartfonun fikrincə, əsas obyektə yaxınlaşa bilir.

Rənglərin seçildiyi videoçəkilişlər

Videoçəkiliş zamanı bir qədər "kinosayağı" kadrlar yaradan bir neçə proqram filtri, habelə fonun tutqunlaşdırılması və ümumi monoxrom səhnədə rənglərin seçilməsi kimi funksiyalar da vardır.

Aktiv yardımdan başqa, "Huawei Mate 20 Pro"nun neyroşəbəkələri foto və videoçəkiliş zamanı istifadəçinin fəaliyyətlərini təhlil edir və ən məqbul enerji qənaəti üçün onun gördüyü işi adaptasiya etməyə çalışır.

Xüsusi neyron şəbəkəsi həmçinin elementar telefon zəngləri zamanı da işləyir - kənar küyü təhlil edir və söhbətə mane olmaması üçün onları kənarlaşdırır. Və nəhayət, neyroşəbəkə "Microsoft"un daimi İnternet bağlantısını tələb etməyən xüsusi tərcümə proqramında da işləyir.

Əlbəttə ki, hazırda "süni intellekt" adlandırdığımız modul heç də mahiyyətcə o deyildir - belə ki, insan beyninin neyronlarının iş prinsipindən istifadə edərək, müasir avtomatlaşdırılmış təlim texnologiyaları qarşısında qoyulan tapşırıqlardan qırağa yayınmır. Müstəqil iradədən söhbət belə gedə bilməz. Buna görə də smartfondan qorxmağa dəyməz - hələ ki əlavə təsirlərin olmadığı bir zamanda belə texnologiyalardan rahatlıqla zövq almaq olar.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat aşağıdakı linklərə keçid etməklə əldə edə bilərsiniz:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

Reklam hüququnda

 

 

Paylaş:
895

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər