“Azərsu” daha bir xidmətini elektronlaşdırıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərsu” daha bir xidmətini elektronlaşdırıb – FOTO

17:01 - 28 / 01 / 2019
“Azərsu” daha bir xidmətini elektronlaşdırıb – FOTO

“Azərsu” ASC istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə "Borcun araşdırılması üzrə müraciət" adlı yeni elektron xidməti istifadəyə verib.

Qurumdan 1news.az-a verilən məlumata görə, bu xidmət vasitəsilə istehlakçılar faktura borcunun araşdırılması üçün müraciət edə bilərlər.

Elektron xidmətin göstərilməsi nəticəsində istehlakçının borcu dəqiqləşdirilir.

Xidmətdən www.e-gov.az portalında qeydiyyatdan keçmiş vətəndaşlar istifadə edə bilər. Bunun üçün portalın xidmətlər bölməsində “Azərsu” ASC, daha sonra "Borcun araşdırılması üzrə müraciət" adlı elektron xidməti seçilməlidir. Müraciətin qeydiyyata alınması üçün aşağıda qeyd edilən məlumatlar sistemə elektron formada daxil edilməlidir.

Abonent kodu

Xətalı faktura nömrəsi

Müraciət səbəbi (Sayğac göstəricisinin səhv oxunması, Aşağı göstərici, Xidmət növünə etiraz)

Faktura nömrəsinə uyğun informasiya sistemində qeydiyyatda olan aşağıdakı məlumatlar ekranda göstərilir.

Sayğacın nömrəsi

Plombun nömrəsi

Sayğacın son göstəricisi

Sayğac şəklinin fayl formasında yüklənməsi (pdf,jpg,jpeg,png formatında)

Müraciət edənin telefon nömrəsi

Müraciət edənin elektron poçt ünvanı

Sayğacın şəklində istehsal nömrəsi və göstəricisi aydın görsənməlidir. Ünvanda bir neçə sayğac olduğu halda hər bir sayğacın məlumatı və şəkli ayrılıqda daxil edilməlidir. Abonentin elektron müraciəti qeydiyyata alındıqdan sonra aidiyyəti üzrə“Azərsu”nun müvafiq sukanal idarəsinə icraya göndərilir. Borcun yaranmasına səbəb olan xətalı məlumatlar araşdırılır, təqdim olunan sayğac göstəricisinin yerində yoxlanılmasına ehtiyac yarandıqda müvafiq iş əmri yaradılır. Araşdırmanın nəticəsindən asılı olaraq abonentin borcuna düzəliş edilməli olduğu hallarda sənədlər “Azərsu”nun istehlakçılardan daxil olmuş ərizələrin və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyasına göndərilir. Müraciət əsaslı olduğu halda istehlakçının borcuna düzəliş edilir, əsassız olduqda isə düzəliş aparılmır və istehlakçıya bu barədə məlumat verilir. Elektron müraciətlərin icrası cari ayda yaranmış fakturalarda 15 iş günü, əvvəlki dövr fakturalarında borcların araşdırılması 1 ay müddətdə aparılır.

S.Xankişiyeva

 

Paylaş:
475

Son xəbərlər

Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 14:01SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar varBu gün, 13:26Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıbBu gün, 11:55DYP “Təmiz hava” aylığı ilə bağlı müraciət edibBu gün, 11:50Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 11:34Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 11:28“PAŞA Bank”a İnsan Resursları üzrə Baş Direktor təyin edilibBu gün, 11:23Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edibBu gün, 11:113-5 may tarixlərində İçərişəhərə giriş məhdudlaşdırılacaq - FOTOBu gün, 11:03Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtları açıqlanıbBu gün, 10:52
Bütün xəbərlər