Azərbaycanlı satıcıdan yaşlı qadına qarşı rəzil hərəkət: “Sənin ağzını ... – VİDEO

Diqqət! Videoda söyüş var. Azyaşlıların baxması məsləhət deyil.
Sosial şəbəkədə millətimizin adına heç də xoş olmayan bir video yayılıb.
1news.az-ın məlumatına görə, videodan göründüyü kimi, biri kişi, o biri isə qadın olan iki yaşlı insan meyvə almaq istəyir. Azərbaycanlı satıcı isə onlara qarşı olduqca kobud davranır, hətta nalayiq söyüşlərlə yaşlı qadını təhqir edir.
Ən dəhşətli olanı da odur ki, satıcı baş verənləri telefonu ilə qeydə alır. Görünür bu hərəkətini əsl “qəhrəmanlıq” hesab edir.
Meyvə almaqdan imtina edən yaşlı qadın isə “Allah cəzanı verəcək” deyərək oradan uzaqlaşır.
Dəqiq olmasa da videonun altına yazılan şərhlərdən hadisənin Ukraynada baş verdiyini təxmin etmək olar.
Dəqiq olan bir şey var ki, bu da videodakı satıcı kimi məxluqların başqa ölkələrdə millətimizin adını batırması, yerli əhalidə xalqımız haqqında mənfi rəy formalaşdırmalarıdır. Aramızda bu cür insanların olması isə yalnız və yalnız təəssüf doğurur.
1news.az