S&P Azərbaycan iqtisadiyyatının artım tempinin artacağını gözləyir | 1news.az | Xəbərlər
İqtisadiyyat

S&P Azərbaycan iqtisadiyyatının artım tempinin artacağını gözləyir

12:41 - 28 / 01 / 2019
S&P Azərbaycan iqtisadiyyatının artım tempinin artacağını gözləyir

“Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycan iqtisadiyyatının 2,3 faiz artacağını gözləyir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə agentliyin hesabatında qeyd edilib.

S&P Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib.

Agentliyin proqnozlarına əsasən, 2020-ci ildə Ümumi Daxili Məhsul (ÜDM) 3 faiz, 2021-ci ildə 3,1 faiz artacaq.

2019-cu ildə Azərbaycanın nominal ÜDM-i 80 milyard manat, 2020-ci ildə 84 milyard manat, 2021-ci ildə 88 milyard manat həcmində proqnozlaşdırılır.

Bundan başqa, S&P adambaşına düşən ÜDM-in artım tempinin sürətlənəcəyini gözləyir. Belə ki, proqnozlara əsasən həmin göstərici 2019-cu ildə 2,3 faiz, 2020-ci ildə 3 faiz, 2021-ci ildə 3,1 faiz təşkil edəcək.

S.Xankişiyeva

 

Paylaş:
541

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər