“Peru uşaqların gözündə” - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Peru uşaqların gözündə” - FOTO

13:50 - 29 / 01 / 2019
“Peru uşaqların gözündə” - FOTO

Peru dövlətinin müstəqillik əldə etməsinin 200-ci ildönümünə hazırlıq məqsədilə bu ölkənin Bakıdakı  səfirliyi 6-7 yaşlı azərbaycanlı uşaqlar arasında bir sıra rəsm müsabiqələrinin keçirilməsinə başlayıb.

1news.az-a Perunun Azərbaycandakı səfirliyindən verilən məlumta görə, bütün rəsm əsərləri 2021-ci ildə kitab şəklində dərc ediləcək.

İlk müsabiqə "Bakı Avropa Liseyi"ndə keçirilib. Müsabiqədə 31 şagird iştirak edib. Onlara verilən iki ay müddətində müstəqil şəkildə seçdikləri üsulla işləyiblər. Səfirlik tərəfindən təqdim olunan internet səhifələri şagirdlərə Peru haqqında ətraflı məlumat toplamağa kömək edib.

İlk müsabiqənin qaliblərinə diplomlar, Peruya məxsus qələm qabları, səfir tərəfindən imzalanmış fərdi məktublar və 4 velosiped hədiyyə olunub.

Cari il ərzində keçiriləcək müsabiqələrin əsas məqsədi Azərbaycan və Perunu yaxınlaşdıran bilik axtarışında uşaqları və valideynlərini cəlb etməklə, Peru haqqında olan bilikləri burada təbliğ etməkdir. Müsabiqədə azərbaycanlı - perulu münsiflər heyəti tərəfindən bədii bacarıq və araşdırma qabilliyyəti dəyərləndirilərək qalib seçilir.

P.Sultanova

 

Paylaş:
933

Son xəbərlər

Bütün xəbərlər