“Agenzia Nova” Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindən xüsusi reportaj hazırlayıb | 1news.az | Xəbərlər
Siyasət

“Agenzia Nova” Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindən xüsusi reportaj hazırlayıb

14:52 - 29 / 01 / 2019
“Agenzia Nova” Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindən xüsusi reportaj hazırlayıb

İtaliyanın “Agenzia Nova” informasiya agentliyinin saytında agentliyin Azərbaycana ezam olunmuş müxbiri Valerio Palombaronun təmas xəttinə, o cümlədən Xocavənd və Cəbrayıl rayonlarına səfəri əsasında materiallar yayıb. 

1news.az-ın verdiyi xəbərə görə, “Azərbaycan: Dağlıq Qarabağdakı təmas xətti və məcburi köçkünlərin təhlükəsizliyi üçün görülən işlər” adı məqalədə qeyd olunur:

“Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin 25 ili ərzində rəsmi İrəvanla münaqişənin həlli istiqamətində diplomatik səylərin aparılmasına paralel olaraq rəsmi Bakının dövlət qurumları müharibə nəticəsində öz yurdlarını tərk etmək məcburiyyətində qalmış çoxsaylı məcburi köçkünü müvafiq yaşayışla təmin etmək üzərində də iş aparır. “Agenzia Nova” informasiya agentliyi təmas xəttinə səfər etmiş, Xocəvənd (sahəsi 1458 km2 olan və yalnız 14 min hektar ərazisi Azərbaycanın nəzarətində olan Dağlıq Qarabağın rayonu) və böyük hissəsi Ermənistanın hərbi işğalı altında olan və Dağlıq Qarabağın ətraf 7 rayonundan (Füzuli, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam və Cəbrayıl) biri və kiçik bir hissəsi Azərbaycanın nəzarətində olan Cəbrayıl rayonunun yerli qurumları ilə görüşmüşdür. Tez-tez "dondurulmuş" münaqişə olaraq istinad edilən Dağlıq Qarabağ münaqişəsi 2016-cı ilin aprelində "4 günlük müharibə" kimi tanınan yeni bir gərginliyin artması riski ilə qarşılaşdı.

Bu yaxınlarda baş vermiş hərbi əməliyyatların nəticəsi olaraq Ermənistan tərəfindən işğal edilmiş ərazilərlə təmas xəttinin cənubunda və İranla 2km məsafədə yerləşən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sözügedən "4 günlük müharibə" zamanı həlak olmuş 22 azərbaycanlı gəncin xatirəsinə ucaldılmış memorial yaradılmışdır. Burada dondurulmuş münaqişə ifadəsinin müəyyən mənada yanıldıcı olduğunu anlamaq mümkündür. Cocuq Mərcanlı Cəbrayıl rayonunun Azərbaycanın nəzarətinə qaytarılmış kəndidir. 2016-cı ildə Azərbaycan Ordusu Ermənistanın hücumuna cavab olaraq həyata keçdirdiyi əks-hücum hərbi əməliyyatı nəticəsində 8 min hektara yaxın ərazini azad etməyə müvəffəq olmuşdur. Habelə Azərbaycan ordusu 2018-ci ildə Naxçıvanda digər 11 min hektar ərazini nəzarəti altına qaytarmağa nail olmuşdur.

2016-cı ildə "4 günlük müharibə" bitdikdən sonra qısa müddət ərzində yenidən bərpa olunaraq 150 ailə üçün evlərin inşa olunduğu Cocuq Mərcanlı kəndi barədə danışan Cəbrayıl icra hakimiyyətinin başçısı Kamal Həsənov bildirmişdir: “Azərbaycan xalqı münaqişənin sülh yolu ilə həllini istəyir. Lakin danışıqların uzun sürməsindən artıq təngə gəlmişdir”. Aprel döyüşlərində Azərbaycan ordusu əhəmiyyətli irəliləyiş əldə edərək ərazinin bir hissəsini, xüsusilə bu ərazidə əhalinin təhlükəsizliyini təmin etmək üçün vacib bir təpənin üzərində nəzarəti bərpa etməyə müfəvvəq olmuşdur. Buna baxmayaraq, kəndin təmas xəttindən yalnız 500 metr məsafədə və bu ərazidə hərbi birləşmələrin mövcud olduğunu nəzərə alsaq bəzi təhlükəsizlik problemləri vardır ki, buna görə əvvəlcədən planlaşdırıldığı kimi 428 ailənin hələ tam yerləşdirilməsi mümkün olmamışdır.

 “Əgər bu gün müharibə olsa, Azərbaycan hərbi baxımdan Ermənistandan daha güclüdür” – Həsənov əmin etmişdir.  “Yerli əhali yorulmuşdur. Danışıqlar həmişə davam edə bilməz. Hər bir halda biz diplomatiyaya ümid etməkdə davam edirik və öz qurumlarımıza inanırıq; digər tərəfdən mən mütəmadi olaraq məcburi köçkünlərdən səbirlərinin bitmək üzrə olduğuna və artıq 25 ildən sonra konkrekt irəliləyişlərin təcililiyinə ehtiyacın olduğuna dair müraciətlər alıram”. Burada münaqişənin “yaraları” hələ də açıqdır və öz yurdlarına qayıtmaq istəyənlərin səbirləri sonsuz deyildir. Eyni vəziyyəti uzun illər öncə salınmağa başlamış məcburi köçkünlər üçün daha strukturlu qəsəbələrin olduğu Xocavənd haqqında da demək olar. “Neftdən gələn ilk gəlirlər Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlər üçün bir sıra qəsəbələrin inşasının maliyyələşdirilməsinə sərf edilmişdir” – deyə müvəqqəti olaraq Beyləqan rayonunda yerləşən Xocavənd rayonunun icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirmişdir.

Söhbət aparılmış insanların dediklərinə əsasən 1992-ci ildə ermənilər Xocalıda yerli əhaliyə qarşı “soyqırım” törətmiş, qəsəbənin mülki əhalisi olan hər 10 nəfərdən biri qətlə yetirilmiş, qadın və uşaqlar da daxil olmaqla ümumilikdə 613 nəfər öldürülmüşdür. Bu rayonun Azərbaycanın nəzarəti altında olan hissəsində məcburi köçkünlər üçün 2 qəsəbə salınmış, qəsəbələr bütün lazımi xidmətlərlə təmin edildmişdir: biri (500 ailədən ibarət bölgənin ən böyük qəsəbəsi) dövlətin maliyyə dəstəyi hesabına salınmış və 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılışı həyata keçirilmişdir. Digəri isə 2002-ci ildə beynəlxalq təşkilatların dəstəyi ilə salınmışdır. Qəsəbənin sakinləri dövlət tərəfindən işıq və qaz ödənişlərindən azad edilmişdir. İcra başçısı bildirmişdir ki, bu yaz məcburi köçkünlər üçün digər qəsəbə istifadəyə veriləcəkdir.

Biz beynəlxalq hüququn hörmət edilməsinə zəmanət verən həll yolunu istəyirik, lakin əgər danışıqlar nəticə verməsə biz yenidən silahlanmağa hazırıq – deyə müharibə zamanı Xocavəndin müdafiə qüvvələrinin başçısı olmuş Hüseynov bildirmişdir.  “Hər şeyi qəbul edə bilərsən, lakin öz torpaqlarının itirilməsini yox. Bu qəsəbələrin salınması o demək deyil ki, biz burada qalmaq istəyirik. Öz ərazilərimizi nəyin bahasına olursa olsun azad etmək niyyətindəyik” – deyə o əlavə etmişdir. Hüseynov danışıqların davam etdiyi hazırki formata tənqidi yanaşır. Onun fikrincə Minsk qrupunun həmsədr ölkələrinə (Fransa, Rusiya, ABŞ) orda mövcud olan güclü erməni icmaları təsir göstərir”. “Biz yalnız beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT TŞ-nın 4 qətnaməsinə hörmət tələb edirik” - deyə o qeyd etmişdir. Habelə o, bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli eyni zamanda Ermənistanın da marağında olar bilər. Belə ki, bu münaqişə olmasa Ermənistan Qafqaz regionunda bütün strateji infrastruktur və enerji layihələrinə cəlb edilə bilər. Bu xüsusda, yerli qurumların nümayəndələri əmin edirlər ki, İrəvan "1988-ci ildən öncə azərbaycanlılarla sülh şəraitində yaşamış" 140 minə yaxın erməni ilə müqayisədə bu gün 50 min erməninin yaşadığı Dağlıq Qarabağ regionunun inkişafı üçün layihələr deyil, məhz "Böyük Ermənistan" yaratmaq arzusundadır.

Materiallarla aşağıdakı keçidlərdən tanış olmaq mümkündür

https://www.agenzianova.com/a/5c4ee15b8767e3.17476729/2280681/2019-01-27/azerbaigian-la-linea-di-contatto-nel-nagorno-karabakh-e-il-lavoro-per-la-sicurezza-dei-profughi

https://www.agenzianova.com/a/5c4d83715e3699.66140639/2280682/2019-01-27/azerbaigian-la-linea-di-contatto-nel-nagorno-karabakh-e-il-lavoro-per-la-sicurezza-dei-profughi-2

https://www.agenzianova.com/a/5c4ee178c97fa7.85771141/2280683/2019-01-27/azerbaigian-la-linea-di-contatto-nel-nagorno-karabakh-e-il-lavoro-per-la-sicurezza-dei-profughi-3

https://www.agenzianova.com/a/5c4ee183c1f8c6.53848635/2280684/2019-01-27/azerbaigian-la-linea-di-contatto-nel-nagorno-karabakh-e-il-lavoro-per-la-sicurezza-dei-profughi-4

https://www.agenzianova.com/a/5c4ee18b90eb83.29021838/2280685/2019-01-27/azerbaigian-la-linea-di-contatto-nel-nagorno-karabakh-e-il-lavoro-per-la-sicurezza-dei-profughi-5

https://www.agenzianova.com/a/5c4ee193d03bd0.42831888/2280686/2019-01-27/azerbaigian-la-linea-di-contatto-nel-nagorno-karabakh-e-il-lavoro-per-la-sicurezza-dei-profughi-6

S.Xankişiyeva

 

Paylaş:
561

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər