Azərbaycanlı biznesmenin övladlarının meyitləri tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı biznesmenin övladlarının meyitləri tapıldı

10:47 - 29 / 01 / 2019
Azərbaycanlı biznesmenin övladlarının meyitləri tapıldı

Rusiya Federasiyasının Samara vilayətinin Çapayevsk şəhəri yaxınlığında azərbaycanlı bacı və qardaşın meyitləri tapılıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunlar 17 yaşlı Əsgərov Naib Şəmməd oğlu və 14 yaşlı Əsgərova Aida Şəmməd qızıdır.

Qardaş və bacının meyitləri şəhər kənarında kimsəsiz yerdə tapılıb. Meyitlərin üzərində fiziki zorakılıq əlaməti olmasa da onların öldürüldüyü ehtimal olunur.

Azərbaycanlı gənclərin ataları bizneslə məşğuldur.

S.Xankişiyeva

 

Paylaş:
532

Son xəbərlər

Bütün xəbərlər