Bakıda qadın sürücü 2 dəqiqə maşın sürdü, 390 manat cərimələndi – VİDEOFAKT   | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın sürücü 2 dəqiqə maşın sürdü, 390 manat cərimələndi – VİDEOFAKT  

14:19 - 30 / 01 / 2019
Bakıda qadın sürücü 2 dəqiqə maşın sürdü, 390 manat cərimələndi – VİDEOFAKT  

Qırmızı rəngli Hyundai Getz (90-UA-172 dövlət nömrəli) maşının sahibəsi sosial şəbəkələri “qəhrəmanlığı” ilə fəth edib. Belə ki, o rekord sayda yol hərəkəti qaydalarını pozub.

1news.az-ın verdiyi xəbərə görə, sosial şəbəkələrdə yayılmış videodan aydın görünür ki, xanım sürücü 1 dəqiqə 40 saniyə ərzində Mehdi Hüseyn, Teymur Elçin, Lermantov və Niyazi küçələrində çoxlu sayda qayda pozuntusu edib: iki qoşa xətti tələbini pozaraq dönmə işığını da yandırmayıb.  

2 dəqiqədən az bir zamanda xanım sürücü çoxlu sayda qayda pozaraq 390 manat və 10 bal cərimələnib. Bu cür qayda pozuntusu ilə sürücülük edən xanım gün ərzində nə qədər cərimə qazanmasını düşünmək çətindir.

1news.az-a Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, həmin videodan xəbərdardırlar və məsələ araşdırılır.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
674

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər