“Yengəlik – bir növ seksual pozuntudur”. Qalmaqallı reportajla bağlı ekspertin cavabı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Yengəlik – bir növ seksual pozuntudur”. Qalmaqallı reportajla bağlı ekspertin cavabı – FOTO – VİDEO

12:28 - 30 / 01 / 2019
“Yengəlik – bir növ seksual pozuntudur”. Qalmaqallı reportajla bağlı ekspertin cavabı – FOTO – VİDEO

Yerli televiziyalarımızdan zaman-zaman xoşagəlməz ifadələr eşitməyə öyrəşmişik.

Yaxın günlərdə aparıcı Leyla Mustafayeva müsahibələrinin birində bildirib ki, rayon və kəndlərimizdə mütləq yengə olmalıdır:

“Bu çox gözəl ənənədir, çünki yengə – gəlinin vizit kartıdır. Bilmirəm, niyə çoxları bu ənənəyə əməl etmək istəmir. Bəzən ərlə arvad arasında münaqişə yaranır, gəlin ədalətsizcəsinə günahlandırılır. Belə olan halda ər arvadının nüfuzunu ləkələyə bilər. Lakin yengə – gəlinin bakirəliyinin sübutudur. Buna görə yengə mütləq lazımdır”.  

Aparıcının bu açıqlamasına sosial şəbəkələrdə məzxərəyə qoyan da oldu, onu dəstəkləyən də oldu.

“Əgər qız yengə istəmirsə, deməli kəpənək kimi bu oğlandan o biri oğlanın üstünə atılıb, istəmir ki, onun qaranlıq keçmişini kimsə bilsin”, - deyə şərhlərin birində yazaraq müasir tibbin möcüzələrini və bakirəliyi himenoplastika vasitəsilə bərpa edilməsi də qeyd olunub.

Psixoloq Lalə Həsənovanın sözlərinə görə, təəssüflər olsun ki, indi çoxları yengənin ilkin təyinatını unudublar:

“Bu, sadəcə gəlinin ismətinə məsuliyyətli olan şəxs deyil. Yengə ilk növbədə təcrübəsiz yeni evlənənlər üçündür. Çünki bir çox qızlar toy gecəsi sirlərindən qorxurdu, onlar bilmirdi ki, nə olacaq. Belə olan halda yengə olmalıdır. Bu zaman yengə gəlini psixoloji olaraq ərindən qoxmamağa hazırlayır. Düşünürəm ki, qızların cinsi tərbiyəsi ilə vaxtında məşğul olmaq lazımdır. Toydan sonra təcili kurs keçmək kimi yox”.

Həmçinin L.Həsənova sözlərinə əlavə edib ki, Qazaxıstanda böyüyüb və onun oxuduğu məktəbdə 10-cu sinifdə “Ailə həyatının etikası və psixologiyası”  adlı fənn tədris edilib:  

“Vacib və həssas məlumatı bizə diqqətlə çatdırılırdı. Qorxuram ki, bu fənnin ölkəmizdə tədrisinə heç bir valideyn razı olmaz. Direktoru isə əxlaqsızlığı yaymasına görə həbs edərlər”.

Daha sonra psixiatr Araz Manuçöhr-Laleiyə müraciət edərək mövzu ilə bağlı fikirlərini dinlədik:

“Bəzən mühazirə zamanı seksual pozuntunun müxtəlif növlərindən bəhs edirəm. Bunlardan biri də vizionizmdir – başqasının cinsi əlaqasinə, porno saytlara baxan və ya kimsə soyunarkən pəncərədən seyr edən şəxs. Ola bilsin ki, “yengəçilik” də vizionizmin bir növüdür. Axı qapı arxasında dayanmaqla başqasını güdməyi hər kəs bacarmır. Normal insana bu, aşağılyıcı təsir bağışlayır. Əgər kimsə buna razı olursa, deməli onda hansısa psixoloji pozuntu var”.

Psixiatrın sözlərinə görə, bu ənənəni qoruyub saxlamaqla ibtidai icma dövrünə qayıdırıq:

“Bir çoxları düşünür ki, qız toya qədər bakirəliyini qoruyub saxlamalıdır. Məncə bu, geridə qalmış düşüncədir. Əgər bakirəliyini saxlamısansa yaxşıdır, saxlamamısansa, fəlakət deyil. Bu göstərici xoşbəxt ailə həyatının göstəricisi deyil. Belə halda həyatında ilk təcrübəsi əri olan qadınlarla bu qədər ailələr dağılmazdı”.

Öz növbəsində sosial blogger Saleh Nəsirov qeyd edib ki, tibbi baxımdan az da olsa anadangəlmə bakirəlik pərdəsi olmayan qızlar da var. Toy gecəsi o qızlar yengəyə günahsızlığını sübut edə bilmir və ismətləri tapdalanır. Digər tərəfdən hər şey saxta olan dünyamızda hər kəsi pulla almaq olar, həmçinin yengəni də:

“Yaxşı olardı ki, aparıcı valideynləri yeni evlənənlərin həyatına burnunu soxmamağı tövsiyyə edərdi. Bunun əvəzinə o ilk toy gecəsi yad qadının müdaxiləsindən danışır. Yad insanı şəxsi həyatına, xüsusilə də yatağına necə buraxmaq olar? Sən, aparıcı bunu anlamırsan?

Şükürlər olsun ki, yerli televiziyalara baxmırıq, lakin ölkənin ucqar bölgələrində yaşayanlar baxır. İnternetin, kabel antenalarının olmamasına görə onlar məcburi şəkildə yerli kanallara baxır. Belə olan halda aparıcılarımız həmin insanlar üçün nümunə olur. Buna görə də dövlət televiziyamızın təmizlənməsilə bağlı ciddi şəkildə məşğul olmalıdır”.

Sonda adət və mentalitetimizi tənqid edən “Aztagrambook” kitabının müəllifi yazıçı Sayalı Bahara müraciət etdik:

“Kənd yerində, insanların əsrlər boyu riayət etdikləri bu adətləri sındırmaq olmur. Unutmayaq ki, əgər adət yaradılıbsa, deməli bu, kimin üçünsə əhəmiyyətli olub.

Üstəlik yengə problem deyil, problemin kökü insanların düşüncəsindədir. Qaynana və baldız tərəfindən gəlinin ismətinin alçaldılması ilə bağlı söz-söhbətlər var. Bütün bunların yengənin olmasına səbəbdir”.

Yazıçının sözlərinə görə, Azərbaycanda bütün problemlərin kökü məsuliyyətsizlik və özünüinkişafın olmamasıdır. Bu, istər Bakıya, istərsə də regionlarımıza aiddir:

“Buna görə də ailə institutu dəyərini itirir. İnsanlar düşünür ki, sərfəli nikah bütün problemləri həll edəcək.

Düşünürəm ki, yeni evlənən cütlüklər kifayət qədər həddi-buluq yaşına çatıbsa ailə quran zaman toy üçün adətlərini özləri seçməlidir. Bütün insanlara yaranmaq cəhdi ilə bəzən bir çox nikahlar dağılır. Buna görə də şəxsiyyət kimi yetişmək lazımdır ki çoxsaylı qohumlarına “yox” deməyi bacarasan və onları şəxsi həyatına müdaxilə etməməyə məsləhət görəsən”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
3246

Son xəbərlər

Bütün xəbərlər