DİN: Ötən gün ölkə ərazisində 26 cinayət faktı qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ötən gün ölkə ərazisində 26 cinayət faktı qeydə alınıb

Qafar Ağayev09:48 - Bu gün
DİN: Ötən gün ölkə ərazisində 26 cinayət faktı qeydə alınıb

Noyabrın 10-da ölkə ərazisində 26 cinayət faktı qeydə alınıb, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 3 fakt müəyyən edilib.

Ümumilikdə cinayət törətməkdə şübhəli bilinən 20 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər